Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/cache.php on line 36 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/query.php on line 21 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/theme.php on line 540 BarCamp Azerbaijan

BarCamp Azerbaijan 2008 BarKamp Azərbaycan

İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransı, 29-31 avqust 2008, Lənkəran, Azərbaycan

BarCamp Azerbaijan 2008 header image 1

KörpüKamp-ın təqdimatı

April 15th, 2009 · 146 Comments

Hörmətli dostlar,

16 Aprel, cümə axşamı, saat 18.30-da, Müasir İncəsənət Qalereyasında (İçəri Şəhər) BarKamp Azərbaycan Təşkilatının yeni layihəsi olan KörpüKamp-ın təqdimatı keçiriləcəkdir.

Qeyd edək ki, layihəsinin əsas məqsədi İNTERNET, QHT MEDİA üzvləri arasında KÖRPÜ qurmaqdır. Layihə ilə maraqlanan hər bir şəxs təqdimata dəvərlidir.

Əlaqə üçün: (994 50) 3285154
mail: im@im.co.az

→ 146 CommentsTags: Təşkilatçılıq işləri/ организаторские работы

Sumqayıt MiniCamp`ı baş tutdu

February 22nd, 2009 · 358 Comments

sumgait_minicamp.jpg21 fevral tarixində Sumqayıt şəhərində BarCamp Caspian tədbiri ilə əlaqədar təqdimat keçirildi. MiniBarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Sumqayıt şəhər təhsil şöbəsinin, Gənclər İstimai Birliyinin müxtəlif nümayəndələri və internet texnalogiyaları sahəsində fəaliyyət göstərən, bu sahə ilə maraqlanan fəal gənclər iştirak etdi. “Potensial Sumqayıt mütəxxəsislər birliyi”-nin İT mütəxxəsisi Eyvaz Qocayevin kordinatorluğu ilə Sumqayıt şəhərində keçirilən minibarda Barcamp`ın rəsmi nümayəndəsi Rəşad Əliyev tədbir haqqında auditoriyaya ətraflı məlumat vermişdir. Minibarda İnternetə Çıxış və Təlimi Proqramının (IATP) nümayəndəsi Aytəkin Əliyeva da çıxış etmişdir.

Nəzərinizə çatdıraq ki, Barcamp Caspian Mart ayının 27-29`u tarixlərində Bakı şəhərində, Qafqaz universitetində keçiriləcək. Bu ölkəmizdə keçiriləcək ilk beynəlxalq Barcamp qeyri-konfransıdır.

→ 358 CommentsTags: Xəbərlər / Новости

BarCamp Caspian ilk yığıncaq…

February 9th, 2009 · 96 Comments

15 Ferval 2009-cu il (Bazar günü), BarCamp Caspian-a hazırlıq məqsədi, işlərin bölünməsi ilə əlaqədar könüllülərlə görüş olacaq.

Əgər sən də özünüzə əminsənsə və bizim köməkçi kollektivdə (Help Team) iştirak etmək istəyirsinizsə onda boş durma, əlaqə saxla və bizə qoşul.

Əsas şərtlər:

- Rus və ya İngilis dillərindən birini bilmək

- Özünə əmin olmaq

e-poçt: rashad ət aliev.info

MSN: microphp ət hotmail.com

Skype: microphprashad

mobil: 050 6482737

→ 96 CommentsTags: Xəbərlər / Новости

BarCamp Caspian-a hazırlıq…

February 6th, 2009 · 244 Comments

Artıq Beynəlxalq səviyyədə keçiriləcək BarCamp Caspian-a hazırlıq gedir.

Tez bir zamanda BarCamp Caspian-ın saytını işlək vəziyyətə salmaq, reklam və s. hazırlıq işləri üçün Könüllülər tələb olunur.

Könüllülərdə aşağıdakı qabiliyyətlərdən heç olmasa biri olmalıdır.

01) Tərcümçəi (İngilis-Rus, Rus-İngilis, Azərbaycan-İngilis, Azərbaycan-Rus)

02) Web Dizayner - Logo, və s saytın dizaynı üçün

03) Super Dizayner - Broşur və s dizaynları etmək üçün

04) Fotoqraf - Şəkilləri çəkib sayta və stendə (Seminar vaxtı) qoymaq üçün

05) Blogger - Maraqlı məlumatlar yazmaq üçün saytda (Seminar vaxtı gündə ən azı 1 dənə, indi isə həftəde 1 Blog post, məlumat çox olacaq :)

06) Proqramist - Elə belə :)

07) Məzmun Meneceri - Saytdakı məzmunlara baxmağa

08) Usibility tester - Saytın Usibility-sini (Rahat istifadəsini) test etmək üçün

Bunlar olmasa yadından çıxartma könüllülərə həmişə ehtiyac var, ürək dirək verə bilərsən bizə:)

→ 244 CommentsTags: Xəbərlər / Новости

Yeni media üçün tender…

October 10th, 2008 · 2468 Comments

Transition Online (TOL), www.tol.org, Praqada mənzillənən beynəlxalq yeni media təşkilatı bloqlar/yeni media üçün tender elan edir. Layihə TOL tərəfindən maliyyələşdiriləcək və müəllif(lər) tərəfindən idarə olunacaq.

Layihənin başlıca məqsədi:

Azərbaycanda yeni media və bloqların inkişaf etdirilməsi;

Layihələrdə əməkdaşlıq, birgə istifadə və iştirak imkanlarının təmin edilməsi.

Biz belə hesab edirik ki bu mərhələdə vətəndaş media layihəsi iştirakçıların öz bacarıqlarını təkmilləşdirdikləri qrup bloqu formasında olmalıdır. Daha mürəkkəb elementlər (bloq aqreqatoru digg.com modeli əsasında qurulmuş istifadəçilərin reytinq vermə sistemi, podkastlar və s.) olmalıdır. İstənilən hallarda bu qrup bloqu yerli bloqosferdə inkişaf və böyüməyə imkanlar yaradan özünəməxsus yer tutmalıdır. Bloqun formatı və məzmunu haqqında müəlliflər özləri qərar verəcəklər

Qrup bloqu üçün bizim müraciət edəcəyimiz ideyalar:

Azərbaycan:insan hüquqları, mətbuat azadlığı, korrupsiya, neft/qaz (gəlirlərinə nəzarət), mədəniyyət, təhlükəsizlik, “Cənubi” Azərbaycan, idman, regional iştirak (Böyük Qafqaz və ya Azərbaycanın regionları).

Maliyyələşdirmədə başlıca məqsəd elə bir bloqun yaradılmasına nail olmaqdır ki, yeni mediaya mümkün olan qədər insan cəlb edə bilsin.

Tələb olunanlar:

1. Layihə təklifi və ya biznes plan (minimum 4, maksimum 15)

2. Büdcə (limit 3000 ABŞ dolları və texniki dəstəklə bitsə də, daha səmərəli layihələrə üstünlük veriləcək)

3. Müəlliflər haqqında məlumat

Kim iştirak edə bilər?

Fərdi qruplara üstünlük verilsə də, yalnız bir şəxs, eləcə də gənclər təşkilatları də iştirak edə bilər

Seçimin birinci mərhələsi üçün son gün 25 oktyabr.

Nəzərə alın ki, bütün layihə təklifi və büdcə Azərbaycan dilində olamlıdır və layihə özü də Azərbaycandilli auditoriyaya istiqamətlənməlidir. Bu elanı istədiyiniz kimi yaya və tərcümə edə bilərsiniz.

Qeyd: Layihəyə qoyulan tələblər onun real nəticələrə səmərəli büdcəyə və ən azı bir illik müddətə malik olmasıdır.

Necə müraciət etməli

1. TOL tərəfindən Azərbaycanda yaradılmış www.sirr.az şəbəkəsində öz adınız altında qeydiyyatdan keçməli; orada aktiv iştirak etməli və öz təklifinizi oradan göndərməli. Sirr.az-da xüsusi qrup və hadisə yaradılıb üzv olun, dostlarınıza xəbər verin və layihələriniz üçün pul qazanın!!!

2. Seçildiyiniz təqdirdə – rashad.ali.oghlu@gmail.com elektron ünvanından bu barədə məktub aldıqdan sonra dərhal büdcənizi göndərməli

Biz Bakıda bu barədə informasiya seminarı keçirməyi də planlaşdırırıq ki, bu seminar barəsində www.sirr.az şəbəkəsində və onun qruplarında ətraflı məlumat veriləcək.

Haqqımızda:

Transition Online Praqa mənzillənən beynəlxalq nəşriyyat və media inkişafı təşkilatı və qeydiyyatdan keçmiş Çex qeyri-kommersiya, qeyri-hökumət və vətəndaş birliyidir. Bizim missiyamız Mərkəzi və Şərqi Avropanın, Balkanların və keçmiş Sovet İttifaqı ölkələrinin yeni mediyalarının professionalizmini, müstəqilliyini və təsir gücünü artırmaqdan ibarətdir.

İnternet xəbər jurnalı:

TOL-un flaqman nəşri TOL Magazine 1999-cu ildə əsası qoyulduqdan bəri Mərkəzi və Şərqi Avropa, Balkanlar və keçmiş Sovet İttifaqı haqqında aparıcı İnternet xəbər jurnalına çevrilmişdir. TOL-in hər ölkədə müxbirləri və digər əməkdaşları vardır. İctimaiyyətə xidmət göstərən mediya qurumu kimi biz bu ölkələr haqqında xəbərlər verərkən daha çox yerli səslərə üstünlük veririk. Çox zaman bir ölkənin sərhədləri çərçivəsindən çıxan təhlillərimizlə ümid edirik ki, demokratiya və bazar iqtisadiyyatına keçidin müxtəlif səhfələrində olan ölkələrin vətəndaşları onlardan bir qədər irəlidə olan digərlərindən dərslər götürə bilsinlər. TOL 2001-ci ildə Avropada onlayn jurnalizmə əhəmiyyətli töhfə üçün NetMedia mükafatına və 2003-cü ildə Ən yaxşı innovasiya və onlayn jurnalizm üçün NetMedia mükafatına layiq görülmüşdür. 2005-cı ildə TOL-un iki redaktoru Avropa İttifaqında inteqrasiya haqqında yazılarına görə European Voice tərəfindən İlin 50 Avropalısı sırasına daxil edilmişdir.

Təlim institutu:

Post-kommunist Avropa və Mərkəzi Asiya ölkələrində jurnalistlərin təlimi lap başlanğıcdan TOL-un missiyasının vacib bir tərkib hissəsi olmuşdur. Erkən dövrlərdə cavan reportyor üçün onlayn və işdə təlimlərin keçirilməsindən başlayaraq hal-hazırda regionun jurnalistləri Avrointeqrasiya, müharibə cinayətləri, müxtəliflik, barışdırıcılıq və korrupsiya kimi məsələlər haqqında ixtisaslaşmış seminarların keçirilməsi ilə məşğuluq. Bu seminarların çoxunda mövzular adətən kommersiya mətbuatının az və ya heç bir təlim təşkil etmədiyi məsələlər barəsində olur. TOL-un təlim institutu hal-hazırda onlayn xəbər xidmətlərinin hazırlanmasında, eləcə də bloqlaşma və digər yeni media layihələrində veb nəşri təcrübələri təklif edir. BBC World Trust və Guardian Foundation ilə birlikdə biz bu yaxınlarda uzaq məsafədən təhsil layihələrinə başlamışıq. Bu vaxta qədər TOL regionun yüzlərlə jurnalistinin mətbuat üçün yazma qabiliyyət və vərdişlərinin inkişafına kömək göstərmişik.

→ 2468 CommentsTags: Qrantlar

BarKamp fotolarda…

September 23rd, 2008 · 1108 Comments

Təqdimatlar

Kollektiv

Hazırlıq

Sifətlər

Stendlər

Asudə vaxt

Digər

Yatanlar

Reklamlar

Maraqlı fotolar

→ 1108 CommentsTags: Xəbərlər / Новости

Berlində web həftəsi - “BarCamp Berlin 3″

September 15th, 2008 · 92 Comments

3d4137a93655cc6cf5115a05d0ffa.png

İnternet texnologiyaları reaktiv sürətlə inkişaf etən ölkələrdən biri olan Almaniyada - Berlində oktyabr ayının ortası Web həftəsi elan edilib. Bu həftə ərzində keçiriləcək möhtəşəm tədbirlərin (Web 2.0 Expo Europe, Facebook developer Garage və s. ) cədvəlində yer almış BarCamp Berlin 3 xüsusi çəkisi və kütləviliyi ilə seçilir. Bu tədbirə Almaniyadan və xaricdən 500-ə yaxın iştirakçı qoşulacaq. 

Berlində 3-cü dəfə təşkil olunacaq Barkampda Web 2.0-ın müxtəlif məqamlarına toxunulacaq (”Wikis and Enterprise 2.0″,  ”CouchDB and the Web”), ən yüksək nailiyyətlərdən danışılacaq, eyni zamanda praktik ( məs. “Building Facebook-applications “) eləcə də “başlayanlar” səviyyəsində də müxtəlif təqdimatlar olacaq.  Tədbirin sponsorları arasında Oracle, Symantec, Nokia, Microsoft, Almaniyanın Investititionsbank Berlin bankın və bir çox şirkətlərin, saytların adlarını görmək olar.

Azərbaycan gəcnlərindən və mütəxəssislərindən ibarət bir qrupun BarCamp Berlin 3, eləcə də Veb həftəsinin digər tədbirlərinə qatılması gözlənilir. Qoşulmaq istəyənlər  BarCamp Berlin 3 saytında qeydiyyatdan keçə, sonra isə Azərbaycan tərəfdən koordinasiya üçün  ilgar(ət)barcamp.az e-mailinə yazaraq təşkilatçılarla əlaqə yarada bilərlər. 

→ 92 CommentsTags: Tədbirlər

Təqdimatlar II hissə…

September 9th, 2008 · 258 Comments

30 və 31 Avqust tarixlərində edilən təqdimatların siyahısı, II hissə.

Cəmil Abdulayev - VOİP

Ilahə Əliyeva - PR işində yeni media vasitələri

Ilahə Əliyeva - İnformasiya və Kommunikasiya Texnologiyaları Portalı - www.xeberler.az

Elşən Tağıyev - İnformasiyanın təhlükəsizliyi

Rustəm Əliyev - Box.az Qutunun içində və çölündə

Rustəm Əliyev - Kim.az Azərbaycanın Sosial Şəbəkəsi

Baba Əliyev - Explorer (yenilənmiş)

Murad Nağıyev - WEB SAYTLARIN HAZIRLANMASI (yenilənmiş)

→ 258 CommentsTags: Xəbərlər / Новости