Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/cache.php on line 36 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/query.php on line 21 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/theme.php on line 540 BarKamp Azərbaycan | BarCamp Azerbaijan 2008

BarCamp Azerbaijan 2008 BarKamp Azərbaycan

İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransı, 29-31 avqust 2008, Lənkəran, Azərbaycan

BarCamp Azerbaijan 2008 header image 3

BarKamp Azərbaycan

BarKamp (BarCamp) İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır (onun qeyri-rəsmi, mehriban ah-havasını vurğulamaq üçün qarşısına “qeyri” sözünü əlavə edirik). Bu unikal konfrans məhz iştirakçıların özləri tərəfindən hazırlanan açıq təqdimatlardan, mühazirələrdən, hesabatlardan, master-qruplardan ibarətdir.

“BarKamp Azərbaycan 2008” qeyri-konfransının keçirilməsi 29-31 avqust tarixlərinə planlaşdırılmışdır. Bu qeyri-Konfransda İT-nin və Müasir Medianın ən müxtəlif istiqamətlərindən olan 100-120 mütəxəssisin eləcə də bu sahə ilə yaxından maraqlananların iştirakı gözlənilir. Onlar İnternet mühitinin qurucuları, stabil istifadəçiyə malik sayt, bloq, resurs sahibləri, yazanlar-pozanlar və istifadə edənlərdirlər.

Tədbirin əsas məqsədləri:

  • Azərbaycanda yeni İnternet və media layihələrinin inkişafını stimullaşdırmaq;
  • İT və Müasir Media mütəxəssisləri arasında təcrübə mübadiləsi;
  • Son İnternet texnologiyaların tətbiqini stimullaşdırmaq;
  • İT və Müasir Media problemlərinin, inkişaf perspektivlərinin müzakirəsi.

Təqdimatlar (mühazirələr, hesabatlar, master-klaslar, çıxışlar, diskussiyalar və s.) eyni zamanda 3-4 sessiyada davam edəcəkdir. konfransda Azərbaycan və Rus dillərində 50-ə yaxın təqdimatın olacağı gözlənilir.

Konfransın daha bir maraqlı hissəsi “Əməkdaşlıq yarmarkası”-dır. Burada siz öz layihələrinizə tərəfdaş, şirkətinizə mütəxəssis axtara, eləcə də xidmətlərinizi təklif edə biləcəksiniz. BarKamp olaraq biz Əməkdaşlıq Yarmarkasına investorların və fondların cəlb olunması üzərində də işləyirik.

Beləliklə, İlk BarKamp Azərbaycan gəlir! Gələcəkdə isə bu tədbirin Ölkəmizdə hər il keçirilməsi nəzərdə tutulur.