Əgər siz özünüzü aşağıdakıların ən azı birinə aid edirsinizsə, demək mütləq konfransda iştirak etməlisiniz:
- İnternet resurs layihələri hazırlayan mütəxəssislər (proqramçılar, koderlər, kontentçılər, menecerlər və s.);
- İnformasiya mübadiləsi üçün şərait yaradanlar, moderatorlar;
- Bloggerlər, netvorkçular, müasir jurnalistlər;
- Bu sahələrdəki təcrübələrini bölüşərək həm də təcrübə qazanmaq istəyənlər;
- Uğurlu və ya uğursuz layihə tarixinə malik olanlar və onları inkişaf etdirmək istəyənlər;
- Öz işlərini və nailiyyətlərini təqdim etmək istəyənlər;
- İT sahəsində biznes layihələrdə maraqlı olan investorlar;
- Layihələrinin reallaşdırılması üçün resurslara ehtiyacı olanlar;
- Güclü kadr və birgə layihələr üçün tərəfdaş axtarışına çıxanlar;
- Konfransın əhatəsində olan mövzular üzrə təhsil alanlar, tədris edənlər, eləcə də onlarla dərindən maraqlananlar.
- Barkamp hamı üçün açıqdır!
- Heç bir yaş və cins fərqi yoxdur!
- Konfransın işçi dilləri Azərbaycan və Rus dilləridir.




















