Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/cache.php on line 36 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/query.php on line 21 Deprecated: Assigning the return value of new by reference is deprecated in /home/barcamp/public_html/2008/wp-includes/theme.php on line 540 BarCamp Azerbaijan - Part 2

BarCamp Azerbaijan 2008 BarKamp Azərbaycan

İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransı, 29-31 avqust 2008, Lənkəran, Azərbaycan

BarCamp Azerbaijan 2008 header image 1

Əlaqə Bankı…

September 3rd, 2008 · 199 Comments

Gəlin bir-birimizlə əlaqələrin kəsilməməsi üçün bu hissədə əlaqə vasitələrimizi qeyd edək ki növbəti görüşlərdə və s lazım olanda istifadə edə bilək.

Şəklinizi qoymaq imkanı varsa link qoyun ki  baxanda tanıya bilək.

Qeyd üçün isə burda Ofisin Əlaqə vasitələrini yazıram.

Ünvan: İçəri Şəhər, Asəf Zeynallı 11/1 (Polşa Səfirliyinin yanında)

Telefon: (012) 492 1850

→ 199 CommentsTags: Təşkilatçılıq işləri/ организаторские работы

Təqdimatlar…

September 2nd, 2008 · 54 Comments

30-31-i tarixlərində olan təqdimatların bir hissəsi.

Əflatun Hüseynov - İnternet Saytlarin Dizaynı

Baba Əliyev - Explorer

Elçin İbrahimov - WiMax

Eles - Avtosalon.az

Fəxri Eminov - İnternetdə Reklam

Aytəkin Əliyeva - IATP

Murad Nağıyev - web creatin

Ramil Şəfaqətov - Blogs

Rəşad Əliyev - Mobil Reklam

Rasim Həşimov - Telebeplus

Samir Yəhyayev - Azərbaycan İnterneti və Tibb

Samir Yəhyayev - azeroo.com portalı

Samir Yəhyayev - PHP 6

Seymur Məmmədov - himcim (anonim tanışlıq sistemi)

Şaiq Muradov - Bloqasfera

Əgər siz öz təqdimatınızı bu siyahıda görməmisinizsə onda onu bizə göndərin.

rashad_a@barcamp.az

→ 54 CommentsTags: Təqdimatlar

3 aylıq gərgin hazırlıq prosesinin nəticəsi olaraq Azərbaycan tarixində ilk BarKamp qeyri-Konfransı baş tutdu! 3gün… 150 iştirakçı… 40 təqdimat…

September 2nd, 2008 · 420 Comments

29- 31 avqust tarixində 150-ə yaxın barkampçı Lənkəran şəhərində təşkil olunmuş və Qala otelində keçirilmiş “Barcamp Azərbaycan 2008” qeyri-Konfransının iştirakçısı oldu. 3 gün ərzində konfrans iştirakçıları İnformasiya Texnologiyaları, İnternet və Müasir Media sahələrinə həsr olunmuş 40-a yaxın sessiyalarda iştirak etdilər, həmçinin bir-birləri ilə əlaqələr qurdularvə Cənub bölgəsi ilə yaxından tanış oldular.

Rabitə və İKT Nazirliyi İnformasiya Cəmiyyəti Şöbəsinin Müdiri Rüfət Gülməmmədov qeyri-konfransın rəsmi açılış mərasində çıxış edərək gənclərin təşəbbüslərini yüksək qiymətləndirdi və bu növ tədbirlərin İnformasiya cəmiyyətinin inkişafına təkan verəcəyini vurğuladı.

Konfransın açılış mərasiminə qoşulan, Milli Məclisin şöbə müdiri müavini Yaşar Əmaşov da tədbirin maraqlı və fərqli formatda, yüksək səviyyədə təşkil oldunduğunu vurğuladı.

İnformasiya Texnologiyaları sahəsinin ictimai həyatında baş verən bütün hadisələrə öz tövhəsini verən, Azərbaycan İnternet forumunun direktoru Osman Gündüz də bir çoxlarının skeptik baxışlarına baxmayaraq gənclər tərəfindən təşkil olunan bu konfransın baş tutduğuna görə sevindiyini bildirdi və bütün təşçkilatçıları təbrik etdi.

Açılış mərasimindən dərhal sonra 3 auditoriyada paralel sessiyalarda təqdimatlar başladı. BarKampın əsas xüsusiyyətlərindən biri ondadır ki, Sessiyaların cədvəlinə tədimatları çıxış edənlərin özləri daxil edirlər.

Səslənən təqdimatlar arasında “Azərbaycanda ticarət məlumat bazasının yaradılması və elektron ticarət”, “New media / PR”, “Tibb və İnternet”, “Yeni başlayanlar üçün – saytların hazırlanması”, “Bloqun mübarək!”, “WiMax texnologiyası”, “Box.az – içində və çölündə”, “İnternetdə reklam”, “İnformasiya təhlükəsizliyi”, “Mobil Reklam” kimi mövzuları, eləcə də bir sıra İnternet layihələrinin təqdimatlarını (azeroo.com, autosalon.az, mebelevi.az, kim.az və s.) qeyd etmək olar.

Bütün konfrans ərazisində iştirakçıların ixtirayına sürətli simsiz İnternet şəbəkəsi və noutbuklar verilmişdi. İştirakçılar daim virtual aləmlə əlaqədə olaraq, konfrans zamanı baş verənləri operativ olaraq saytlarda və bloqlarda yerləşdirirdilər.Konfrans “31 avqust Ümumdünya Bloqlar Günü” tədbiri və konfransın gələcəyinin müzakirəsi ilə yekunlaşdı.

Qeyd etmək istərdik ki, “Barkamp Azərbaycan 2008” qeyri-konfransın əsas məqsədi Azərbaycanda yeni İnternet və Müasir Media layihələrinin inkişafını stimullaşdırmaq, gənc eləcə də təcrübəli İT, Müasir Media mütəxəssisləri arasında təcrübə mübadiləsini, son internet texnologiyalarn tətbiqinə təkan vermək, bu sahələrdəki problemlərin, inkişaf perspektivlərinin müzakirəsini təşkil etməkdir.

Baş sponsoru “Bank Standard”, sponsorları HP şirkəti və Soros fondu olan Barkamp Azərbaycan 2008” qeyri-konfransına Gənclər və İdman Nazirliyi, Azərbaycan İnternet Forumu, İKT İnformasiya Mərkəzi də dəstək verirdi. “Beko Computers”, “Bakinity”, “Connect” şikrətləri isə konfransa texniki köməklik göstərirdilər.

→ 420 CommentsTags: Xəbərlər / Новости

Əvvəl - Sonra

September 2nd, 2008 · 880 Comments

BarKamp-dan əvvəl və BarCamp əsnasında eyni məkanlardan görüntülər

BarCamp Azerbaijan 2008

→ 880 CommentsTags: Tədbirlər

BarCamp TV-də…

September 1st, 2008 · 248 Comments

Sabah (2 Sentyabr) AzTv, Xazar TVATV-nin axşam xəbərləri (20:00-dan sonrakı buraxılışlarda) proqramında Lənkəranda keçirilmiş “BarCamp Azerbaijan 2008″ qeyri-konfransı ilə bağlı informasiya yayımlanacaq. Maraqlananlar baxa bilər.

→ 248 CommentsTags: Mətbuatda

“BarKamp Azerbaycan 2008”- qeyri-Konfrans iştirakçılarının təqdimatları barədə

September 1st, 2008 · 276 Comments

29-31 avqust  2008-ci il Lənkəran şəhəri, Qala otelində təşkil olunmuş  “Barcamp Azərbaycan 2008” qeyri-Konfransında 130-dan çox iştirakçı qeydiyyatdan keçmiş və 50-ə yaxın təqdimatlar nümayiş etdirilmişdir. Bunlardan, “Azərbaycanda məlumat bazasının yaradılması və elektron ticarət” (Miri Tahirov), “New media/PR” (İ.Əliyeva), “Tibb və İnternet” (S. Yəhyayev), “Web saytların hazırlanması” (Yeni başlayanlar üçün, M.Nağıyev), “İnternetə çıxış və təlim proqramı” (A.Əliyeva), “Mobil Reklam və Mobil Reklam Növləri” (məlumat tipli təqdimat, Rəşad Əliyev) kimi maraqlı və müzakirəyə səbəb olan təqdimatların adını çəkmək olar. Hər bir təqdimat maraqla qarşılanmış və geniş müzakirə olunmuşdur.

→ 276 CommentsTags: Xəbərlər / Новости

Təqdimat edənlərin nəzərinə…

September 1st, 2008 · 50 Comments

BarCamp vaxtı təqdimat edənlərin nəzərinə.

Gün ərzində (1 Sentyabr) təqdimat fayllarınızı (ppt və s.) bizə e-poçt vasitəsi ilə göndərin ki onları saytda yerləşdirək.

Axşam bütün təqdimatları saytda yerləşdirəcəyik.

rashad_a@barcamp.az

→ 50 CommentsTags: Xəbərlər / Новости

SleepCamp Azerbaijan 2008

August 31st, 2008 · 266 Comments

Bax belə keçir bizi BarCamp

SleepCamp3 SleepCamp2

Sleepcamp4 SleepCamp 1

SleepCamp5   SleepCamp6

CleepCamp 7  SleepCamp

→ 266 CommentsTags: Xəbərlər / Новости