October 24th, 2009
Təqaüd proqramının məqsədi:
- Müvəffəqiyyətlə təhsil alan və fərq yaradan tələbələrə xüsusi qayğı
- Yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək
- Korporativ sosial məhsuliyyətli fəaliyyətlərimiz çərçivəsində cəmiyyətimizə töhfə vermək
Təqaüd proqramına seçilən tələbələri nə gözləyir
Müsabiqədən uğurla keçən tələbələrə təhsil müddəti ərzində “Azercell” şirkəti tərəfindən hər ay 200 AZN (vergilər çıxılmaqla) məbləğində təqaüd təqdim ediləcəkdir. Bundan əlavə təhsilini bitirdikdən sonra Təqaüdçülər “Azercell” şirkətində işə cəlb oluna bilərlər.
Hansı tələbələr təqaüd proqramında iştirak edə bilər:
Daha ətraflı oxuyun »
Ardı...
LOGOWALL
October 1st, 2009
BarCamp Azerbaijan 2009-da olunan təqdimatlar
Qalanlarına bu ünvanda baxmaq olar.
http://www.slideshare.net/search/slideshow?q=barcampaz09
Kimin təqdimatı yoxdursa rashad@aliev.info ünvanına göndərsin.
Ardı...
September 2nd, 2009
“Azercell”də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və şirkətdə karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir.
Bu təcrübə proqramı İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsinin ən dinamik qruplarından birində – Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin müddəti 3 ay təşkil edəcək və təcrübəni keçən bu müddət ərzində müvafiq ödəniş alacaq.
Proqram çərşivəsində təcrübəçi:
- Yeni proqramların yaradılmasında iştirak edəcək
- Mövcud olan proqramlar üçün yeni modullar hazırlayacaq
- Servis və məhsulların hazırlanmasında yeni məlumat qazanacaq
- Layihələrdə iştirak edəcəkdir
Daha ətraflı oxuyun »
Ardı...
August 17th, 2009
Barkamp Azərbaycan 2009 başa çatdı. Konfransın detalları haqqında ətraflı məlumatlar saytımızda yerləşdiriləcək.
Konfransda iştirakçılardan bəzisi NEXUS noutbuku, bəzisi KÜR kompüteri bəziləri isə UNİBANKDAN maykalar qazandılar. Tədbirin sona çatmasına baxmayaraq, müsabiqələrdən hələ də davam edəni var. Sizin hələdə UNİBANKDAN plastik kart qazanmaq şansınız davam edir. Bunun üçün ancaq sizin düşünməyiniz kifayət edir. Belə ki, UNİBANK və BARKAMP-a aid ən yaxşı sloqan fikirləşən qalib hesab olunur.
Qqalib gələn şəxsə Visa Electron vəya MasterCard Maestro plastik kartları təqdim ediləcək. Bu kartlara sığorta lazım olmadığından, Unibank tərəfindən 50AZN dəyərində məbləğ köçürüləcək. Bu məbləği qalib gələn şəxs istənilən vaxt götürə bilər. Beləliklə qalib gələn şəxs həm plastik card həm də 50 AZN pul qazanır. Yarışma ayın 23-nə qədər davam edir. Ayın 24-ü cavablara baxılacaq. Ayın 25-nə qədər isə qalibin adı açıqlanacaq.
QEYD: Artıq qalibin adı məlum oldu. Qalib Ellada adlı istifadəçidir. Qalib gələn şəxsin şüarı: BarCamp+Unibank=Bahooo!
Qalibi təbrik edirik!
Ardı...
August 15th, 2009
Bu gün – 15 avqustda Barkamp Azərbaycan`ın Party`si olacaq. Party 20.00-da Antalya istirahət mərkəzində baş tutacaq. Çox maraqlı keçəcək tədbirdə müxtəlif müsabiqələrdə keçiriləcək. Ən maraqla gözlənən müsabiqələrdən biri də Unibank tərəfindən keçiriləcək. Müsabiqələr nəticəsində isə 5 mayka qaliblərə paylanacaq. Bundan əlavə Unibank 1 nəfərə plsatik kart mükafat verəcək.
Nəzərinizə çatdırmaq istəyirik ki, Barcampın noutbuk qazanmaq kompaniyası davam edir. Bloggerlərin aktiv olmaları tələb olunur.
Ardı...
August 15th, 2009
Səhərin ilkin işıqları… Qatarın reyslərdən gələn taqqıltı artıq Gəncəyə çatdığmızdan xəbər verir. Hamı həyəcanla yüklərini bir daha nəzərdən keçirib qatardan enməyə hazırlaşır. Bir çox Barcampçılar artıq qatarlarda Barcampın səmimi ruhunu yaxalayıb həmsöhbət tapmağa da macal tapıblar. Təşkilatçılar qonaqları qarşılayır…..
Gələn qonaqlar qarşılandıqdan sonra hamı birlikdə Emon otelə yola düşürlər. Hamı yerləşməyə, öz yüklərini yerbəyer eləməyə çalışır.
Qonaqlar qeydiyyata alındıqdan sonra artıq rəsmən Barcampçılara çevrilirlər. Artıq növbə Gəncə ilə tanışlığa gəlmişdi. Yol yorğunluğunu unutdurmaq üçün təşkil olunan ekskursiya Nizaminin məqbərəsinə ziyarətlə başladı. Hamı bu gəzintidən nəsə saxlamaq üçün fotoaparatlarını maksimum güclə istifadə edirdi. Daha sonra şəhər mərkəzinə qayıdan Barcampçılar burada 3 qrupa bölünərək şəhəri tanımaq üçün gəzintilərə başladılar.
Artıq şəhərlə də tanış olan Barcampçıların səmimi bir mühitdə bir-birlərini daha yaxından tanımaq və həmsöhbət olması üçün, yığıncaq təşkil olunmalı idi. Belə də oldu. Axşam toplantısını Gəncənin təbiət qoynunda yerləşən, hər tərəfi yaşıllıqlarla əhatə olunmuş bir (parkında) hissəsində barcampçılar toplanmağa başladılar. Bir süfrə arxasında çörək kəsən iştirakçılar artıq istənilən səmimi ab-havanı yaxalamışdılar. Yeməkdən sonra barcampçılar musiqiyə də laqeyd qalmadılar.
Tədbir rəsmi açılışı isə 15 avqust saat 10-da Emon oteldə olacaq.
Ardı...
August 12th, 2009
Hörmətli kampçılar,
Əgər siz Barkmpda iştirak edəcəksinizsə bu yazını DİQQƏTLƏ oxuyun
Bildiyiniz kimi artıq “Barkamp Azərbaycan 2009″a az günlər qalıbdı. Tədbir qabağı aşağıdakı məsələlərə diqqətinizi yönəltmək istəyirik.
1. Yola düşürük:
Nəzərinizə çatdıraqki Barkampçıların bir hissəsi avqustun 10-da qatarlarla biletlərini aldılar. Əgər siz bilet almamısınızsa tələsin, çünki qatarlara biletlər bir neçə gün əvvəlcədən qutarır. Əgər bilet tapmasanız narahatlığa ehtiyac yoxdur. Avtovağzaldan hər saat Gəncəyə avtobus çıxır. Xatırladaqki, istər avtonusla istərsədə qatarlar gələnlər öz biletlərini yanlarında götürüb saxlasınlar. Kompensasiyalar ödənildikdə biletlərə ehtiyac olacaq.
Daha ətraflı oxuyun »
Ardı...
August 10th, 2009

Barcamp Gəncə-yə qatarla yola düşmək fikrində olanların nəzərinə çatdırırıqki, bu gün – 10 avqustda saat 19.00 da vağzalda Barcampçılar yığışacaq və biletləri birgə alacaqlar. Belə siz Gəncəyə digər Barcampçılarla birgə, kollektiv şəkildə yola düşə biləcəksiniz. Sizi Vağzalda əynində Barcamp köynəyi olan nümayəndəmiz qarşılayacaq. Ona yaxınlaşaraq ətraflı məlumat ala bilərsiniz və suallarınızı verə bilərsiniz.
Ardı...
August 9th, 2009
Hörmətli blogerlər! Yazınıza görə Noutbuk qazanmaq istəyirsinizmi? O zaman BarKampda “Ən yaxşı bloq postu” müsabiqəsinə qoşulun!
Gəncədə keçiriləcək BarKamp haqqında bloqunuza yazdığınız post sizə tədbirimizin partnyoru olan NEXUS tərəfindən təqdim edilmiş noutbuk qazandıra bilər! Bunun üçün tədbirə qoşulmaq və onu bloqunuzda işıqlandırmaq kifayətdir!
Mövzu – BarKamp Gəncəyə aid olmaqla istənilən mövzuda ola bilər (misal üçün, , BarKampda baş verən hadisələr, təqdimatlar, sessiyalardan qeydlər, sponsorlarımız və partnyorlarımız barədə, iştirakçılarımızın fəaliyyəti və s.)
Üslub – təbii ki, tam sərbəstdir. Ciddi, tənqidi, məzəli, müsahibə və s. Əlbəttə ki, multimedia vasitəli postlar (şəkil, video, səs, podkast və s. ) da iştirak edə bilər. Hər şey sizin öz üslubunuza bağlıdır. Bilirik ki, blogerlərimizin fantaziya və orijinallıqlarının məhdudiyyəti yoxdu!
Yazılar azərbaycan və rus dillərində ola bilər – translitlə yazılmış (“ə” əvəzinə “e”, “ü” əvəzinə “u” və ya rus dilində, lakin latın hərfləri ilə) yazılar müsabiqədən kənardırlar. Daha ətraflı oxuyun »
Ardı...
August 4th, 2009

Yenə də təşkilatçılar usanmadan çalışırlar. Bunun bariz nümunəsi avqustun 8-i Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında (SİTA) keçirdikləri MiniBardır. Minibarda “Barkamp Azərbaycan”dan Rəşad Əliyev və Şaiq Muradov iştirakçılara “Barkamp Azərbaycan,2009″ haqqında ətraflı məlumat verdilər. Daha ətraflı oxuyun »
Ardı...