BarCamp ideyası

Təqdimatlar cədvəli önündə. BarCamp Baltics 2008, Riga.
BarKamp (ing. BarCamp) İnformasiya Texnologiyaları, İnternet resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Yeni Media qeyri-Konfransı formatıdır. Bu konfransın digərlərindən fərqi ondan ibarətdir ki, burada hər bir iştirakçı həmçinin təşkilatçı da ola bilər. Onun “qeyri-Konfrans” adlandırılması da təsadüfi deyil – bu onun sərbəstliyini vurğulamaq üçündür. Yəni, BarKamp rəsmilikdən uzaqdır, – burada hər bir iştirakçı istədiyi mövzunu qabarda və istədiyi diskussiyada iştirak edə, açıq təqdimat, mühazirə, hesabat və master-qruplardan təşkil edə bilər. Həmçinin, təqdimatların siyahısı da əvvəlcədən tərtib olunmur.
Barkamp ideya kimi 2005-ci ildə Kaliforniyada yaranıb. İlk Barkamp 200 nəfərin iştirakı ilə keçirilib. Elə həmin ildən başlayaraq BarKamp ideyası dünyanın 400-dən çox şəhərində təşkil olunaraq, dünyada məşhurlaşıb.
Barkamp kimlər üçündür?
- İnternet resurs layihələri hazırlayan mütəxəssissinizsə (proqramçı, koder, kontentçi, menecer və s.);
- İnformasiya mübadiləsi üçün şərait yaradan, moderator;
- Blogger, yeni media mütəxəssisi;
- Bu sahələrdəki təcrübələrini bölüşərək, təcrübə qazanmaq istəyən;
- Uğurlu və ya uğursuz layihə tarixinə malik olan və onları inkişaf etdirmək istəyən;
- Öz işlərini və nailiyyətlərini təqdim etmək istəyən;
- İT sahəsində biznes layihələrdə maraqlı olan investorlar;
- Layihələrinin reallaşdırılması üçün resurslara ehtiyacı olan;
- Güclü kadr və birgə layihələr üçün tərəfdaş axtarışına çıxan;
- Konfransın əhatəsində olan mövzular üzrə təhsil alanlar, tədris edən, eləcə də onlarla dərindən maraqlananlar;












