BarKamp Azərbaycan
BarKamp Azərbaycan 2008-ci ilin mart ayından etibarən fəaliyyət göstərir. Təşkilatın adı da əsas fəaliyyət istiqamət olan “barcamp” formatının adından götürülmüşdür. Buna baxmayaraq, təşkilat İT sahəsinin inkişafı üçün təkcə barcamplar deyil, digər layihələr də icra edir. BarKamp Azərbaycanın əsas məqsədi Azərbaycanda İnformasiya Texnologiyaları və İnternetin inkişafını stimullaşdırmaqdır və aşağıdakı istiqamətlərdə çalışır:
- İT və Yeni Media mütəxəssislərini şəbəkələşdirmək;
- Azərbaycanda yerli və beynəlxalq yeni media və web 2.0 layihələrinin inkişafına dəstək;
- Gənclərin yeni media, web 2.0 alətlərindən daha geniş və effektiv istifadəsi;
- Yeni İnternet texnologiyaların QHT, media, Dövlət və ya özəl qurumlarda tətbiqinə kömək etmək;
- İT və Yeni Media inkişafı prespektivlərinin araşdırılması, müvafiq qurumlar üçün təkliflərin hazırlanması.
2011-ci ilə qədər BarKamp Azərbaycan 3 yerli, 1 beynəlxlaq səviyyəli Barkamp tipli qeyri-Konfransları həyata keçirmişdir. Bunlarla yanaşı, İnternet və yeni media ilə əlaqəli bir sıra digər layihələr, seminar və təlimlər təşkil etmişdir.
BarKamp Azərbaycan bir sıra digər ölkələrdə (Rusiya, Ukrayna, Latviya, Polşa, ABŞ, Qazaxstan və s.) də fəaliyyət göstərən barkamp təşkilatçı qrupları ilə də əlaqədədir.
2008-ci ildən BarKamp Azərbaycan AİF-in (Azərbaycan İnternet Forumunun) üzvüdür. 2010-cu ildə Gənc Bloqçular Koalisiyasını təsis etmişdir.














ugurlar!!!
Sizə işlərivizdə uğurlar arzuluyuram