Komanda
İDARƏ HEYƏTİ
Rəşad Əliyev - İdarə heyətinin sədri
1999-cu ildən başlayaraq İT sahəsindədir. Azərbaycanda e-təhsilin əsasını qoyan İlk Addımlar layihəsinin rəhbəridir. Riqa, Tbilisi, Poznan, Bişkek, Almata, Kiyev, Moskva BarKamplarının iştirakçısı olub. Mobil texnologiyalar üzrə ekspertdir və mobil kontent layihələri üzrə çalışır. xana.az mobil resursunun sahibidir. Şəxsi bloqu: aliev.info.
İlqar Mirzə – Layihə koordinatoru
2002-ci ildən İnformasiya Texnologiyaları, marketinq və layihə menecmenti sahələrində çalışır. Hazırda İnternet və yeni media sahəsində məsləhətçi və təlimçi kimi fəaliyyət göstərir. Marketinq haqqında tənqidi bloq yazır: parketinq.com.
Şaiq Muradov – İnternet üzrə ekspert
2004-cü ildən etibarən onlarla saytın hazırlanmasında iştirak edib. Barkampla 2008-ci ildə tanış olmuş və aktivliyi nəticəsində təşkilat komandasında yer alıb. Onun weboxu.com layihəsi İT və Yeni Media sahəsində Azərbaycanda ən tanınmış kollektiv bloqdur. Şəxsi bloqu: shaig.muradov.org
Vahid Qasımov - İT üzrə ekspert
İnternetdə azərbaycan dilində ilk saytların yaradıcılarından biri olaraq indiyə kimi 100-dən artıq milli saytın hazırlanmasında əməyi keçmişdir. Ən sevimli layihəsi-kataloq.az-dır. BarKamp Tiflis və Riqanın iştirakçısı olub.Azərbaycan Universitetində İqtisadiyyat və İnformatika kafedrasının baş müəllimi və Sahil-İT MMC-nin direktorudur.
Xanım Cavadova – PR və Yeni Media üzrə Menecer
2007-ci ildən ənənəvi, 2008-ci ildən isə Yeni Media sahəsində çalışır. BarKamp Azərbaycana 2008-ci ildən qoşulub. Yeni Media və Sosial Media üzrə təlimçidir. Azərbaycanda ilk podkastinq layihəsinin həmmüəlifidir. Hazırda www.bakupost.org ingilis dilli xəbərlər saytının həmyaradıcısıdır. Şəxsi bloqu: www.cive.az
Amid Quliyev - IT üzrə expert
50-ə yaxın veb saytın yaradılmasında, eyni zamanda bir çox dövlət və özəl layihələrdə iştirak edib. Hal-hazırda RİSK şirkətində Aeronavigasiya üzrə proqramçı işləyir. Bloqu: amidos.info
DİGƏR ƏMƏKDAŞLARIMIZ
Nurlan Bilalov – Texniki Asistent
2009-cu il BarCamp Caspiandan başlayaraq barkamp könüllülər komandasının başçısıdır. Bloqosfer layihəsində layihə asistenti vəzifəsində çalışıb. Hal-hazırda təşkilatın ofisində texniki asistent vəzifəsində çalışır. Hobbisi velosiped sürmək və musiqi dinləməkdir.












