“Sosial Bloq Yazıları 3″ müsabiqəsinin qalibləri elan olundu

Qalibinə diplom təqdim olunur (Azərbaycan Media Mərkəzi, Bakı)

Üçünçü sosial bloqçuluq müsabiqəsində I yerin təqdimatı

Yanvarın 18-i Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi keçirilib.

Müsabiqəyə təqdim edilən 116 bloq yazılarını təcrübəli bloqçu və media mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müxtəlif kriterilər üzrə qiymətləndirilmişdir. “Sosial Bloq Yazıları 3” müsabiqəsinin I yerin sahibi Məhv edilən keçmişimiz… adlı yazı ilə Araz Bayramov (Bakı) olub. II yerin sahibi də Bakı şəhər sakini Aytən Süleymanova (Bakı)  ”Sizin paraşütünüz hansı rəngdədir?“dır. III yeri isə Sumqayıtdan Cavid Həsənov “Boynu bükük yolka dirəyi və kəsilməyini gözləyən şam ağacı“ tutub.

Sonrakı 5 həvəsləndirici yerləri isə aşağıdakı yazılar qazanıb:

Bunlarla yanbaşı daha 10 gənc bloqçu GBŞ layihəsindən domen və “Sahil İT”-dən hostinq hədiyyələri qazanmışlar.

Ümümilikdə, müsabiqədə Azərbaycanın müxtəlif regionlarından – Bakı, Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Zaqatala, Şabran, Şirvan və Tovuzdan bloqçular iştirak edib. Müsabiqə haqda daha ətraflı məlumat və müsabiqəyə verimiş yazıların siyahısını www.sosium.com saytından əldə etmək olar.

“Sosial Bloq Yazıları 3″ müsabiqəsi “Gənc Bloqçular Şəbəkəsi” layihəsi çərçivəsində keçirilmişdir və məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirməkdir. Ümumiyyətlə, “Gənc Bloqçular Şəbəkəsi” çərçivəsində Gəncə, Şəki və Sumqayıt şəhərlərində bloqçuluq mövzusunda 9 təlim, müxtəlif şəhərlərdə 20-dən çox seminar və 2 yazı müsabiqəsi təşkil olunmuşdur. Bu layihə Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilib və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunub. Bu koalisiya BarKamp Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılmışdır.

Sosial Bloq yazıları müsabiqəsinin təqdimatından

Sosial Bloq Yazıları müsabiqəsinin ən azı ikisində iştirak edənlərə pulsuz domen və hostinq verildi


1 şərh to ““Sosial Bloq Yazıları 3″ müsabiqəsinin qalibləri elan olundu”

  1. Əvvəla yeni saytınızın açılışı münasibətiylə sizi öz adımdan təbrik edirəm. Uzun ömürlü olsun inşallah.
    Saytən açılışında bu xəbəri görmək mənə çox xoş oldu. O gündəki xoşbəxtliyim bir an geri döndü. Belə bir layihənin iştirakçısı olduğumçün çox sevinirəm. Çünki onu təşkil edənlər layihənin kollektvi və ümumilikdə burada iştrak edən bütün gənc aktivlərin içində olmaq, onları tanımaq mənə çox xoş oldu. Belə tipdə layihələr müsabiqələri sizdən bir daha gözlüyürük:)
    Diqqətinizə görə təşəkkürlər.

Şərh yaz