Gənc Bloqçular Şəbəkəsi layihəsi başladı

Təlim zamanı (Sumqayıt İT Akademiyası, Smqayıt)

Gənc Bloqçular Şəbəkəsinin Sumqayıtda təlimi

2010-cu ilin sentyabrından etibarən Azərbaycanda region gəncləri arasında sosial bloqçuluğun inkişaf etdirmək məqsədilə Gənc Bloqçular Şəbəkəsi layuhəsi icra olunur. Bu layihə BarCamp Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılmış Gənc Bloqçular Şəbəkəsi (GBŞ) koalisiyası tərəfindən icra olunur. Koalisiya üzvləri BarKamp Azərbaycan, Uluçay Sosial-İqtisadi İnnovasiya Mərkəzi, Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası və İnformasiya Texnologiyaları, İnternet və Media (İTİM) təşkilatlarıdır.  Müddəti 5 ay nəzərdə tutulmuş layihənin əsas icraçısı BarKamp Azərbaycan təşkilatıdır. Layihə ərzində Sumqayıt, Şəki və Gəncə şəhərlərində 9 bloq haqqında təlim, Ucar, Mingəçevir, Zaqatala və Qazax şəhərlərində də daxil olmaqla 20-dən çox seminar təşkil olunacaq. Həmçinin sosium.com saytı təkmilləşdiriləcək və gənc bloqçular arasında “Sosial Bloq Yazıları Müsabiqəsi” keçiriləcək.

Layihənin əsas partnyorlarından biri IREX-dir. Seminar və təlimlərin böyük bir qismi məhz IREX təşkilatın regional mərkəzlərində təşkil olunacaq. Layihənin sonunda Şəki, Gəncə və Sumqayıt şəhərlərində bloqçu klubları təşkil olunacaqdır və regionlarda yeni gənc təlimçilər hazırlanacaqdır.

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi  Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi “Vətəndaş Cəmiyyəti Layihəsi layihəsi çərçivəsində maliyyələşdirilir.

 

1 şərh to “Gənc Bloqçular Şəbəkəsi layihəsi başladı”

  1. mysore city says:

    Nice post. I was checking continuously this blog and I’m impressed! Extremely useful information specifically the last part :) I care for such information a lot. I was looking for this certain info for a very long time. Thank you and best of luck.

Şərh yaz