Sosium.com layihəsi MilliNet 2010 müsabiqəsində qalib oldu

sosium.com saytı Millinet 2010-da I yerə çıxarkən
Barkamp Azərbaycanın Yaz-Yay Məktəbi və Gənc Bloqçular Şəbəkəsi layihələrinin bir hissəsi olan Sosium.com kollektiv bloq saytı dekabrın 4-də keçirilən MilliNet 2010 – Milli İnternet Mükafatı müsabiqəsində “İstifadəçi məzmunu üzərində qurulmuş ən yaxşı sayt” nominasiyasında qalib gəlib. Kollektiv bloq saytı olan Sosium.com-un məqsədi sosial bloqçuluq platforması yaratmaqdır.Bu bloqda hər bir bloqer qeydiyyatdan keçərək cəmiyyətimizdə baş verən müxtəlif sosial hadisələr barədə öz fikirlərini və müşahidələrini yerləşdirə bilər. Bu saytda yerləşdirilən hər bir yazıya görə müəlliflərin özləri məsuliyyət daşıyırlar, eyni zamanda təşkilatın, tərəfdaşların və donorların mövqelərini əks etdirməyə də bilərlər.
Sosium.com saytı bloqlar və İnternet haqqında təlimlər keçirən YazYay Məktəbi layihəsinin və bu layihənin davamı olan Gənc Bloqçular Şəbəkəsinin də bir hissəsidir. Bu layihələr çərçivəsində Sosial bloq yazıları müsabiqələri keçirilib ki, bunlarla da saytın Müsabiqə bölməsində tanış ola bilərsiniz.












