Bloqosfer 2010 Forumu baş tutdu!

Bloqosfer 2010-da təqdimatlar zamanı (Nabran, Xudat)

Bloqosfer 2010-da təqdimatlar zamanı (Nabran, Xudat)

Barkamp Azərbaycan “İnformasiya Texnologiyaları, İnternet və Media” İctimai Birliyi (İTİM) ilə birlikdə növbəti uğuruna imza ataraq Bloqosfer 2010-Bloqçuların və Yeni Media mütəxəssislərinin I forumunu həyata keçirib.

“Bloqosfer 2010” Azərbaycanda ənənəvi forum və barkamp formatını özündə birləşdirən ilk forumdur. Burada üslubundan və sahəsindən aslı olmayaraq (texnoloji, sosial, elmi, ümumi, biznes və s) hər bir bloqçu və yeni media mütəxəssisinə müzakirələrə qoşulmaq və təkliflərini vermək şansı verilmiş idi.

Ənənəvi forumlardan fərqli olaraq, “Bloqosfer 2010”-da müzakirə olunacaq mövzular öncədən təşkilatçılar tərəfindən deyil, iştirakçıların özləri tərəfindən forum zamanı təyin edilmişdi. Sentyabrın 11-12-nə təsadüf edən forumun birinci günü iştirakçılar tərəfindən əsas 18 mövzu müzakirələr üçün təklif edildi. Onlar içərisindən forum iştirakçılarının gizli səsverməsi nəticəsində yeddi mövzu işçi qruplarında müzakirə edilmək  haqqı qazandı:

  1. Bloqçular  jurnalistdirmi və bloqçuların hüquqları
  2. Bloq və reklam
  3. Bloqçuluğun etik normaları, dezinformasiya
  4. Bloqlarda mövzu seçimi məsələsi, davamsızlıq
  5. Bloqlar və regionlar
  6. Bloqlarda Azərbaycan dili, translit, şivə
  7. Multimedia bloggerliyinin inkişafı və yeni medianın yeni alətləri

Günün sonuna qədər mövzular ayrı-ayrı qruplarda müzakirə olunaraq təqdimatlar hazırlandı. Hazırlanmış təqdimatlar forumun ikinci günü bütün iştirakçıların müzakirəsinə və səsverməsinə təqdim edildi. Gizli səsvermə nəticəsində iştirakçılar 1-ci və 3-cü mövzulardan başqa bütün mövzuları qəbul ediblər.

“Bloqosfer 2010”-da həmçinin hər bir iştirakçıya forum zamanı öz fərdi ideya, təcrübə və yeni layihələrini təqdimatlar keçirilməsinə də imkan yaradılıb:

  • “Multimedia bloqçuluğu, audio vizual dərslik” (A. Vugar, H.Hacı, Əhməd Muxtar),
  • “Youth media- yeni media həvəskarlarının və gənc jurnalistləri bir arada toplayan platforma” (Vüsalə Əlibəyli),
  • “Gənc Bloqqerlər Şəbəkəsi” (Jalə Nəcəfova, İlgar Mirzə),
  • “Bloqqerlərin Şəbəkə saytı” (Baba Əliyev),
  • “Sosial Media və Marketinq” (Şaiq Muradov),
  • “Qrup bloqininq faydası” (Sadiq Muradov),
  • “İdeyalar paylayıram” (Vahid Qasımov),
  • “Wpusta.com -Bloqçuların problemlərinin operativ həlli” ( Rəşad Əliyev),
  • “Dial up forever” (Samir Qədirov),
  • “Yarı yalan yarı gərçək” (Tural Babayev),
  • “İnternet tv” (Vüqar Səfərov)

Bloqosfer 2010 Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi ilə yanaşı “Gənc Bloqçular Şəbəkəsi” layihəsinin tərkib hissəsi kimi USAID CounterPart İnternational Beynəlxalq təşkilatının Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində də dəstəklənmişdir.

1 şərh to “Bloqosfer 2010 Forumu baş tutdu!”

  1. Shaig M says:

    Qəşəng oldu

Şərh yaz