BarKamp layihələri
BarKamp Azərbaycan fəaliyyətə başladığı gündən 4 barcamp tipli qeyri-Konfrans təşkil edib.
2008-ci ilin avqustun 29-31 tarixlərində Lənkəran şəhərində keçirilib. Bu qeyri-Konfransda İT-nin və Yeni Medianın ən müxtəlif istiqamətlərindən olan 100-120 mütəxəssisin eləcə də bu sahə ilə yaxından maraqlananlar – İnternet mühitinin qurucuları, stabil istifadəçiyə malik sayt, bloq, resurs sahibləri, yazanlar-pozanlar və b. iştirak edib. İki rəsmi dildə- Azərbaycan və Rus keçirilən tədbirdə eyni zamanda 3-4 sessiya olmaqla 50-yə yaxın təqdimat keçirilib.
2009-cu il martın 27-29-u Bakı şəhəri Qafqaz Universitetində 15 ölkədən (Almaniya, Norveç, Latviya, Estoniya, İsveçrə, Rusiya, Ukrayna, Belorus, Qazaxıstan, Gürcüstan və s.) 60 dan çox mütəxəssisin iştirakı ilə 450-dən çox nəfərin qoşulduğu tədbir keçirilib. Dünyanın İT aləmində tanınan HP, Opera Software, Google, WordPress və b. şirkətlərin nümayəndlərinin də qatıldığı qeyri-konfrans üç gün ərzində həmçinin regionun aparıcı kompaniyaları olan Delta Telecom, Rabitə və İnformasiya Nazirliyi, BƏHM və s. sponsorluğu ilə baş tutub.
Elə həmin ilin mayında (16-17 may) QHT, Media və İnternet nümayəndələrinin dialoqunun təşkil etmək məqsədilə KörpüKamp keçirildi. 120-dən artıq insanın iştirakı ilə keçirilən qeyri-Konfransda bir çox aktual mövzuları əhatə edən 20-yə yaxın təqdimat edilib. KörpüKampın digər qeyri0-konfranslardan əsas fərqi odur ki, bura İnternet, QHT və Media sahələrinin ən azı birinə aid olan və ya bu sahələrlə yaxından maraqlananlar iştirak edib: Blogerlər, vətəndaş jurnalistikası ilə maraqlananlar, QHT-lərdə çalışanlar, İctimaiyyətlə Əlaqələr (PR) mütəxəssisləri, ictimai kampaniyalar hazırlayanlar, layihə kordinatorları, media mənsubları, jurnalistlər, internet layihələri hazırlayan mütəxəssislər, menecerlər, proqramçılar, dizaynerlər və s., internet resurs sahəsində təcrübələrini bölüşmək istəyənlər, informasiya mübadiləsi üçün şərait yaradanlar, bu sahələrlə maraqlanan tələbələr və digər şəxslər.
BarKamp Azərbaycanın həyata keçirdiyi 4 cü tədbir keçən ilin 14-16 avqustundakı BarKamp Azərbaycan Gəncə”09 olub. Yerli barkampçılar üçün nəzərdə tutulan tədbirdə 200-250 nəfərin iştirakı ilə 50 çox təqdimat edilib. Bu qeyri-Konfransın özəlliyi gənclərin İnternet təşəbbüslərini dəstəkləmək üçün mini-qrandlar qazanmaq şansı yaradılıb.
Gənc Bloqçular Şəbəkəsi













[...] 2010′dan beri düzenlenmekte.Şimdiye kadar bu etkinliklerden en fazla ilgi göreni Barcamp etkinlikleri oldu. Bu sene de her üç etkinliğin gerçekleşmesi bekleniyor. Bunlardan yalnız Barcamp’ın [...]
[...] kadar bu etkinliklerden en fazla ilgi göreni Barcamp etkinlikleri oldu. Bu sene de her üç etkinliğin gerçekleşmesi bekleniyor. Bunlardan yalnız Barcamp’ın [...]